...

"Miss Rusiya-2015" müsabiqəsinin qalibi ilə bağlı araşdırmalara başlanıldı

Dünya xəbərləri Materials 27 May 2015 01:05 (UTC +04:00)
Rusiyanın Yekaterinburq şəhərinin prokurorluq orqanları “Miss Rusiya-2015” müsabiqəsinin qalibi Sofiya Nikitçukun jurnalın üz qabığında nəşr olunan şəklinə görə araşdırmalara başlayıb.
"Miss Rusiya-2015" müsabiqəsinin qalibi ilə bağlı araşdırmalara başlanıldı

Azərbaycan, Bakı, 27 may /Trend/

Rusiyanın Yekaterinburq şəhərinin prokurorluq orqanları "Miss Rusiya-2015" müsabiqəsinin qalibi Sofiya Nikitçukun jurnalın üz qabığında nəşr olunan şəklinə görə araşdırmalara başlayıb.

Trend Rusiya mətbuatına istinadən bildirir ki, "Stolnik" jurnalının may ayında işıq üzü görən, Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilən nömrəsinin üz qabığında dərc olunan şəklində S.Nikitçuk geyim əvəzinə Rusiyanın bayrağına bürünüb.

S.Nikitçukun fotosessiyası "Qələbənin zövqü" adlandırılıb.

Araşdırmalar adı açıqlanmayan fiziki şəxsin ərizəsi əsasında başlanıb. Güman edilir ki, Yekaterinburq sakininin fotosessiyası ərizə müəllifini təhqir edib.

"Gözəllik kraliçası" isə bu yoxlamalarla bağlı məlumatı KİV-lərdən aldığını, hadisə ilə bağlı prokurorluq orqanlarından heç kimin hələ ona müraciət etmədiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti