...

Hillari Klinton da "Instagram"da şəkil paylaşdı

Dünya xəbərləri Materials 11 İyun 2015 22:15 (UTC +04:00)
ABŞ Demokrat Partiyasından prezident postuna iddiaçı olan Hillari Klinton "Instagram" sosial şəbəkəsində qeydiyyatdan keçib.
Hillari Klinton da "Instagram"da şəkil paylaşdı

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

ABŞ Demokrat Partiyasından prezident postuna iddiaçı olan Hillari Klinton "Instagram" sosial şəbəkəsində qeydiyyatdan keçib.

Trend xarici mətbuata istinadən bildirir ki, siyasətçinin səhifəsini bir gün ərzində təxminən 76 min insan bəyənib.

Hazırda H.Klinton "Instagram" səhifəsində üç şəkil yerləşdirib. "Çətin seçim" adı verilmiş birinci şəkildə H.Klintonun müxtəlif rənglərdə olan bir neçə işgüzar kostyumu asılıb.

Siyasətçi bu səhifədə özünü "qayğıkeş nənə" adlandırıb və öz seçkiqabağı kampaniyasının saytına istinad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti