...

CHP-nin sabiq lideri Türkiyə parlamentinə sədrlik edib

Dünya xəbərləri Materials 23 İyun 2015 18:05 (UTC +04:00)
Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal Türkiyə parlamentinə müvəqqəti sədrlik edib.
CHP-nin sabiq lideri Türkiyə parlamentinə sədrlik edib

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal Türkiyə parlamentinə müvəqqəti sədrlik edib.

Trend "TRT Haber" telekanalına istinadən xəbər verir ki, D.Baykal yeni hökumət yaradılanadək parlamentə sədrlik edəcək.

Xatırladaq ki, bu gün Türkiyə Böyük Millət Məclisində deputatların andiçmə mərasimi keçirilib.

Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti