...

Türkiyə parlamentində sədrlik üçün səsvermə başlayıb

Dünya xəbərləri Materials 30 İyun 2015 17:31 (UTC +04:00)
Türkiyə parlamentinin yeni sədrinin seçilməsi ilə bağlı səsvermə başlayıb.
Türkiyə parlamentində sədrlik üçün səsvermə başlayıb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə parlamentinin yeni sədrinin seçilməsi ilə bağlı səsvermə başlayıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Səsvermə üç mərhələdə keçiriləcək. İkinci və üçüncü mərhələlər iyulun 1-i baş tutacaq.

Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentin sədrliyinə namizədi müdafiə naziri İsmət Yılmaz, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi partiyanın sabiq lideri, hazırda Türkiyə parlamentinə müvəqqəti sədrlik edən Dəniz Baykaldır. Milliyyətçi Hərəkat Partiyası (MHP) isə parlament sədrliyinə İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, hazırda bu partiyadan parlamentə deputat seçilən Ekmələddin İhsanoğlunun namizədliyini irəli sürüb. Xalqların Demokratik Partiyasının (HDP) namizədi AKP sədrinin sabiq müavini, daha sonra HDP partiyasına keçən Dengir Mir Mehmet Fıratdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti