...

ABŞ Türkiyənin Suriyada təhlükəsizlik zonası yaratmasını dəstəkləmir

Dünya xəbərləri Materials 1 İyul 2015 15:55 (UTC +04:00)
ABŞ Türkiyə tərəfindən Suriyada təhlükəsizlik zonasının yaradılmasını dəstəkləmir.
ABŞ Türkiyənin Suriyada təhlükəsizlik zonası yaratmasını dəstəkləmir

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

ABŞ Türkiyə tərəfindən Suriyada təhlükəsizlik zonasının yaradılmasını dəstəkləmir. Trend-in "Kanal 7" telekanalına istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, hazırda koalisiya qüvvələri "İslam dövləti" qruplaşmasının silahlılarına qarşı hərbi əməliyatlar aparır və bununla əlaqədar təhlükəsizlik zonasının yaradılmasına ehtiyac yoxdur.

C.Kirbi qeyd edib ki, Türkiyə Suriyada təhlükəsizlik zonasının yaradılması barədə hələ yekun qərar qəbul etməyib: "Buna görə də ABŞ bu məsələ üzrə hər hansı nəticə çıxarmağa tələsmir".

Qeyd edək ki, Türkiyə Suriyada Hələb, İdlib şəhərləri və ölkə sərhədi (bura sərhədyanı Ayn-Əl-Ərəb (Kobani), Carablus və digər şəhərlər daxildir) arasında təhlükəsizlik zonasının yaradılması məsələsini nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti