...

Nigeriyada iki partlayış baş verib

Dünya xəbərləri Materials 6 İyul 2015 06:34 (UTC +04:00)
Nigeriyanın mərkəzində yerləşən Cos şəhərində iki partlayış baş verib.
Nigeriyada iki partlayış baş verib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Nigeriyanın mərkəzində yerləşən Cos şəhərində iki partlayış baş verib.

Trend-in xarici KİV-lərə isitnadən xəbər verir ki, terrorçuların zərbələrindən biri restorana, digəri isə əvvəllər "Boko Haram" terror qruplaşmasının üzvü olan müsəlman din xadiminin aradan götürülməsinə yönəlib.

Şəhər polisi partlayış faktlarını təsdiqləyib, lakin zərərçəkənlər barədə məlumat verilməyib.

Bundan əvvəl ölkədə kamikadze hücumu nəticəsində 15 nəfər dünyasını dəyişmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti