...

Ermənistan iqtisadiyyatını defolt gözləyə bilər

Dünya xəbərləri Materials 6 İyul 2015 13:50 (UTC +04:00)
Son illər Ermənistan hökuməti böyük həcmdə daxili və xarici borc yığır ki, bu da defolta səbəb ola bilər.
Ermənistan iqtisadiyyatını defolt gözləyə bilər

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Son illər Ermənistan hökuməti böyük həcmdə daxili və xarici borc yığır ki, bu da defolta səbəb ola bilər. Bu barədə Trend Ermənistanın "Aykakan jamanak" qəzetinə istinadən məlumat verir.

Qəzet yazır ki, rəsmi proqnozlara əsasən, 2015-ci ildə Ermənistanın dövlət borcu 4,9 milyard dollar təşkil edəcək, bu göstərici 2008-ci ildə 2,13 milyard dollar olub və bunun 1,82 milyard dolları xarici borcun payına düşüb: "Əgər 2008-ci ildə dövlət borcu ÜDM-in 18 faizini təşkil edirdisə, o, 7 ildə cəmi 2,5 dəfə artaraq 2015-ci ildə təqribən 44,5 faizə çatacaq".

Məlumatda qeyd olunur ki, lakin hər şey reallıqda daha pis olacaq: "Belə ki, cari ilin I rübünün yekunlarına görə dövlət borcumuz ÜDM-in 52 faizini üstələyir. Bu göstəricinin cari ilin sonuna ÜDM-in 55-57 faizinə çatacağı gözlənilir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti