...

Yerevanda 50-yə yaxın fəal həbs olunub

Dünya xəbərləri Materials 6 İyul 2015 15:04 (UTC +04:00)
Yerevanda etiraz aksiyasının dağıdılması zamanı 40-50 fəal həbs edilib.
Yerevanda 50-yə yaxın fəal həbs olunub

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Yerevanda etiraz aksiyasının dağıdılması zamanı 40-50 fəal həbs edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu etirazçılardan biri Maksim Sarqsyan deyib.

O, ən azı 40-50 nəfərin saxlanıldığını, ancaq onların sayları barədə dəqiq məlumatı olmadığını qeyd edib: "İndi onların hara aparıldığını dəqiqləşdiririk. Bundan sonra gələcək fəaliyyətimizlə bağlı qərar verəcəyik".

Hazırda Baqramyan prospektində hərəkət bərpa olunub, səkilər əvvəlki kimi polis əməkdaşlarının nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti