...

Yəmənə hava hucumu: 45 dinc sakin ölüb

Dünya xəbərləri Materials 6 İyul 2015 20:04 (UTC +04:00)
Ərəb koalisiyasının Yəmənin cənubuna endirdiyi hava zərbələri nəticəsində ən azı 45 dinc sakin ölüb.
Yəmənə hava hucumu: 45 dinc sakin ölüb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Ərəb koalisiyasının Yəmənin cənubuna endirdiyi hava zərbələri nəticəsində ən azı 45 dinc sakin ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hava hucumu 50-dən artıq insanın yaralanmasına da səbəb olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya martın 26-dan Yəmənə havadan zərbələr endirir. Hərbi əməliyyatın məqsədi Yəməndəki husiləri (şiələr) hakimiyyəti Abd Rabbo Mansur Hadiyə qaytarmağa məcbur etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti