...

Olland: Yunanıstan üçün danışıqlar qapısı açıqdır

Dünya xəbərləri Materials 6 İyul 2015 23:17 (UTC +04:00)
Yunanıstan üçün danışıqlar qapısı açıqdır.
Olland: Yunanıstan üçün danışıqlar qapısı açıqdır

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Yunanıstan üçün danışıqlar qapısı açıqdır.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Olland Almaniya kansleri Anqela Merkellə Yunanıstanla bağlı danışıqların yekunlarını şərh edərkən deyib.

"Yunanıstan üçün danışıqlar qapısı açıqdır. Biz yunan xalqının seçiminə ehtiramla yanaşırıq. Lakin danışıqlar üçün vaxt məhduddur", F.Olland bildirib.

Onun sözlərinə görə, iyulun 7-də Yunanıstan böhranı ilə əlaqədar avrozona sammiti keçiriləcək.

"Hazırkı məqamda həmrəylik və məsuliyyətlik arasında balansa riayət edilməlidir", - Fransa prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti