...

Yerevandakı mitinqdə təşəbbüs qrupu: Azadlıq meydanı sizi gözləyir

Dünya xəbərləri Materials 7 İyul 2015 23:05 (UTC +04:00)
Yerevanda artıq iki həftədir ki etiraz aksiyası davam edir.
Yerevandakı mitinqdə təşəbbüs qrupu: Azadlıq meydanı sizi gözləyir

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Yerevanda artıq iki həftədir ki etiraz aksiyası davam edir.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Yerevanın Azadlıq meydanında onlarla aksiyaçılar qalır və bəziləri artıq aclıq elan edirlər.

Etiraz hərəkatının "yeni" təşəbbüs qrupunun rəhbərlərindən biri David Sanasaryan aclıq aksiyasını davam etdirir.

"Mən dözümlüyəm, mənim vəziyyətim yaxşıdır", Sanasaryan bildirib. Onun sözlərinə görə, onun üçün böyük zərbə insanların laqeydliyi oldu.

"Sizi gözləyirəm, Azadlıq meydanı sizi gözləyir", - Sanasaryan bildrib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti