...

Yerevanda etiraz aksiyaları davam edir (VİDEO)

Dünya xəbərləri Materials 29 İyul 2015 22:51 (UTC +04:00)
Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar Respublika meydanına çıxıblar.
Yerevanda etiraz aksiyaları davam edir (VİDEO)

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatının etiraz aksiyaları davam etməkdədir. Etirazçılar Respublika meydanına çıxıblar. Bu barədə Trend "Novosti Armenii" agentliyinə istinadən xəbər verir.

Agentliyin müxbirinin sözlərinə görə, polis aksiyaçıları meydandan qovmağa nail olub.

Sonra etirazçılar Nalbandyan və Sarqsyan küçələrinin kəsişmələrində, yolun ortasında oturmağa qərar veriblər. Buradan isə polis əməkdaşları etirazçıları əllərində səkiyə aparmaları olublar.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti