...

Türkiyədə partlayış nəticəsində 2 nəfər ölüb, 31 nəfər yaralanıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 2 Avqust 2015 14:45 (UTC +04:00)
Türkiyənin Ağrı vilayətində polis bölməsinin yaxınlığında partlayış baş verib.
Türkiyədə partlayış nəticəsində 2 nəfər ölüb, 31 nəfər yaralanıb (ƏLAVƏ OLUNUB)

Məlumat yenilənib (ilk xəbər saat 09:43-də yayılıb)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Türkiyənin Ağrı vilayətində polis bölməsinin yaxınlığında partlayış baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Partlayış nəticəsində 2 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.

Daha öncə 2 nəfərin öldüyü və 24 nəfərin yaralandığı barədə məlumat verilirdi.

Qeyd olunur ki, posil bölməsinin yaxınlığında 2 tona yaxın partlayıcı maddələrlə dolu olan traktor partlayıb. Hadisə yerli vaxtla 03:00-da baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti