...

Misir Britaniya muzeyinə boykot elan etdi

Dünya xəbərləri Materials 24 Avqust 2015 23:35 (UTC +04:00)
Misir Britaniyanın Northempton şəhərinin muzeyi ilə bütün əlaqələrə son qoyub.
Misir Britaniya muzeyinə boykot elan etdi

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Misir Britaniyanın Northempton şəhərinin muzeyi ilə bütün əlaqələrə son qoyub. Buna səbəb muzeyin iyul ayında "Christie's" auksion evində 4000 yaşı olan mirzə Sexemkin heykəlinin 15,76 milyon funt sterlinqə şəxsi kolleksiyaya satılması olub.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Misirin Qədim Abidələr və Mədəni İrs naziri Mumduh əd-Dumati Qahirədəki mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, heykəl satılsa da, hələlik Böyük Britaniya ərazisindədir: "Hazırda heykəlin Britaniya sərhədlərindən xaricə çıxmasına mane olmağa çalışırıq. Abidəni satan muzey Britaniya hökuməti tərəfindən sanksiyalara məruz qalır. Biz də etiraz əlaməti olaraq, onlarla bütün əlaqələri kəsmişik".

O, bu dəyərli əşyanı əldə etmək üçün Misirə maddi cəhətdən kömək etmək məqsədilə Misir mədəniyyətinə hörmətlə yanaşanları könüllü vəsait toplamağa çağırıb.

Muzey eksponatlarından birinin satışından əldə olunan vəsaitlə muzey binasının təmirini həyata keçirmək istəyib.

Heykəlin satışından xəbər tutan Misir hökuməti Britaniya hökumətinə müraciət edib. Rəsmi London avqustun 28-də abidənin ölkə ərazisini tərk edərək yeni sahibinə çatdırılma müddətini dondurub. Bu müddətin ilin sonuna və ya 2016-cı ilin mart ayına kimi uzadılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti