...

Türkiyənin Şırnak vilayətində törədilən terror aktında ölən və yaralananlar var

Dünya xəbərləri Materials 27 Avqust 2015 20:10 (UTC +04:00)
Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunun Nur məhəlləsindəki Cizrə qarnizonuna PKK terrorçularının hücum etməsinin nəticəsində ölən və yaralananlar var.
Türkiyənin Şırnak vilayətində törədilən terror aktında ölən və yaralananlar var

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunun Nur məhəlləsindəki Cizrə qarnizonuna PKK terrorçularının hücum etməsi nəticəsində ölən və yaralananlar var. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin gəlməsindən sonra qarşıdurma baş verib.

Qarşıdurmada "Dəclə Elektrik Dağıtım AŞ"nin (DEDAŞ) əməkdaşı 39 yaşlı Məsud Sanrı həlak olub, 3 əsgər və 4 sakin yaralanıb.

Yaralıların Cizrə Dövlət Xəstəxanasına çatdırıldığı bildirilir.

Məlumatda qeyd olunur ki, hadisə yerinə gəlmiş polis avtomobilinə terrorçular minaatanlardan atəş açıblar.

Bildirilir ki, hazırda terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti