...

Şimali Dakota polisi dronları elektroşok cihazı ilə istifadə edə bilər

Dünya xəbərləri Materials 28 Avqust 2015 11:19 (UTC +04:00)
Şimali Dakota hüquq-mühafizə orqanları tərəfindən dronların elektroşok cihazı ilə istifadəsinə icazə verilib.
Şimali Dakota polisi dronları elektroşok cihazı ilə istifadə edə bilər

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Şimali Dakota hüquq-mühafizə orqanları tərəfindən dronların elektroşok cihazı ilə istifadəsinə icazə verilib. Trend bu barədə "The Daily Beast"-ə istinadən məlumat verir. Bu cihazlardan istifadə etmək Şimali Dakota qanunvericiliyinə dəyişikliklər edildikdən sonra mümkün olub.

Hazırda Amerika qanunverciliyinə əsasən, polisə silahla təchiz olunmuş pilotsuz uçuş aparatından istifadə etmək qadağandır. Lakin qəbul edilən dəyişikliklərdən sonra polis hüquqi baxımdan dronları elektroşok cihazı, gözyaşardıcı qaz paylayıcısı və travmatik silahlarla birgə istifadə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti