...

Pentaqon İŞİD-dən olan hakerin dron vasitəsilə məhv edilməsini təsdiqlədi

Dünya xəbərləri Materials 29 Avqust 2015 12:24 (UTC +04:00)
Amerika Müdafiə Nazirliyi İŞİD-dən olan haker Cunaid Hüseynin Suriyada dron vasitəsilə məhv edilməsini təsdiqləyib.
Pentaqon İŞİD-dən olan hakerin dron vasitəsilə məhv edilməsini təsdiqlədi

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Amerika Müdafiə Nazirliyi İŞİD-dən olan haker Cunaid Hüseynin Suriyada dron vasitəsilə məhv edilməsini təsdiqləyib. Trend bu barədə "France Press" agentliyinə istinadən məlumat verir.

Pentaqonun məlumatına əsasən, Britaniyanın Birmingem şəhərindən olan 21 yaşlı haker qərb ölkələrində islamçıların cəlb olunması ilə məşğul olub, kiber hücumlarda iştirak edib, həmçinin 1,3 min Amerika hərbçisi və məmurunun şəxsi məlumatlarını dərc edib.

ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Patrik Reyder qeyd edib ki, texniki bilikləri olan C.Hüseyn çox təhlükəli insan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti