...

Kliçko: İğtişaşlar zamanı hərbçilər arasında ölənlər var

Dünya xəbərləri Materials 31 Avqust 2015 17:39 (UTC +04:00)
Kiyevin meri Vitali Kliçko bildirib ki, parlament binası qarşısındakı iğtişaşlar zamanı hərbçilər arasında həlak olanlar var.
Kliçko: İğtişaşlar zamanı hərbçilər arasında ölənlər var

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Kiyevin meri Vitali Kliçko bildirib ki, parlament binası qarşısındakı iğtişaşlar zamanı hərbçilər arasında həlak olanlar var. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

V.Kliçko jurnalistlərə həlak olanlar barədə məlumatı olduğunu deyib: "Kiyevdə asayişi qoruyan Milli Qvardiya batalyonu, gənclər həlak oldu".

Qeyd edək ki, Ukrayna Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermədən sonra Ali Radanın binası qarşısında baş verən iğtişaş zamanı təqribən 100 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti