...

Türkiyədə yük qatarı partladılıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2015 15:45 (UTC +04:00)
Türkiyənin Osmaniyyə vilayətində yük qatarı naməlum şəxslər tərəfindən partladılıb.
Türkiyədə yük qatarı partladılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Osmaniyyə vilayətində yük qatarı naməlum şəxslər tərəfindən partladılıb.

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, partlayış nəticəsində qatarın maşinisti xəsarət alıb.

Hadisə yerinə hərbçilər və polis əməkdaşları gəlib.

Təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti