...

Şaquli bağları olan futurist göydələnlər təqdim olunub (FOTO)

Dünya xəbərləri Materials 5 Sentyabr 2015 01:45 (UTC +04:00)
Çinin “MAD” memarlıq bürosu tərəfindən şaquli bağları olan orijinal göydələnlər konsepti işlənib hazırlanıb
Şaquli bağları olan futurist göydələnlər təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Çinin "MAD" memarlıq bürosu tərəfindən şaquli bağları olan orijinal göydələnlər konsepti işlənib hazırlanıb. Trend bu barədə büronun saytına istinadən məlumat verir.

Qeyri-adi "Bulud dəhlizi" (Cloud Corridor) konsepti futurist üslubda həyata keçirilib.

Doqquz göydələnin hamısı öz aralarında xüsusi körpülərlə birləşib. Hündürlüyü 167 metr olan "Bulud dəhlizi" ən az 9 min kvadrat metr sahəni əhatə edəcək.

Konsept ilk dəfə "Shelter: Rethinking How We Live in Los Angeles" sərgisində nümayiş olunub.

Büronun rəhbəri Ma Yansun (Ma Yansong) bu konseptin insanlarla təbiət arasındakı mənəvi yaxınlığı göstərdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti