...

İran və Türkiyə insan hüquqları ilə bağlı əməkdaşlıq edəcək

Dünya xəbərləri Materials 18 Sentyabr 2015 12:16 (UTC +04:00)
İran və Türkiyə arasında insan hüquqları üzrə əməkdaşlığa dair saziş imzalanıb.
İran və Türkiyə insan hüquqları ilə bağlı əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Təmkin Cəfərov /

İran və Türkiyə arasında insan hüquqları üzrə əməkdaşlığa dair saziş imzalanıb.

Trend-in məlumatına görə, bu barədə İranın Ombudsman Təşkilatının xəbər saytı bazresi.ir məlumat verib.

Məlumata əsasən, saziş Ankarada keçirilən "Beynəlxalq Ombudsmanlıq Simpoziumu" çərçivəsində imzalanıb.

Qeyd edək ki, Ankarada üçüncü Beynəlxalq Ombudsmanlıq Simpoziumu sentyabrın 16-17-də keçirilib. Simpoziumda 28 ölkədən, o cümlədən Azərbaycan, İran, İordaniya, Ukrayna, Pakistan, Rusiya, Sudan, Qırğızıstan, Gürcüstan, Yunan və digər ölkələrin ombudsmanları iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti