...

Rusiya təyyarəsi Misirdə terror aktı nəticəsində partladılıb

Dünya xəbərləri Materials 17 Noyabr 2015 12:54 (UTC +04:00)
Rusiyaya məxsus təyyarənin Misirdə qəzaya uğraması terror aktı nəticəsində baş verib.
Rusiya təyyarəsi Misirdə terror aktı nəticəsində partladılıb

Bakı. Trend:

Rusiyaya məxsus təyyarənin Misirdə qəzaya uğraması terror aktı nəticəsində baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.

A.Bortnikov bildirib ki, birmənalı olaraq demək olar ki, bu, terror aktıdır.

Qeyd edək ki, oktyabrın 31-də Rusiyaya məxsus "Airbus-321" təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində 217 sərnişin və yeddi ekipaj üzvü həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti