...

Serbiya Prezidenti: Şərq və Qərb terrorizmə qarşı mübarizədə birləşməlidir

Dünya xəbərləri Materials 24 Noyabr 2015 04:08 (UTC +04:00)
Serbiyanın Prezidenti Tomislav Nikoliç Şərq və Qərbi bütün anlaşılmazlıqları bir kənara qoyaraq beynəlxalq terrorizmlə mübarizədə birləşməyə çağırıb
Serbiya Prezidenti: Şərq və Qərb terrorizmə qarşı mübarizədə birləşməlidir

Bakı. Trend:

Serbiyanın Prezidenti Tomislav Nikoliç Şərq və Qərbi bütün anlaşılmazlıqları bir kənara qoyaraq beynəlxalq terrorizmlə mübarizədə birləşməyə çağırıb.

Trend-in "Tanjug" agentliyinə istinadən verdiyi xəbərə görə, T.Nikoliç Minskə səfəri çərçivəsində Belarus dövlət televiziyasına açıqlamasında deyib: "Ciddi hədə, gizli düşmənlə üz-üzəyik. Hesab edirəm ki, Şərq və Qərb, Avropa ölkələri, ABŞ və Rusiya bütün digər məsələləri bir kənara qoyaraq terrorizm adlı dəhşətə qarşı birləşməlidir".

Serbiya Prezidenti əlavə edib ki, Avropada terrorizminin genişlənməsinin miqrant böhranı ilə sıx bağlılığı var. Belə ki, Avropaya axın edən miqrantlar arasında terrorist qruplaşmaların nümayəndələrinin də olması ehtimalı mövcuddur.

Xəbər lenti

Xəbər lenti