...

Barak Obamadan Türkiyəyə dəstək

Dünya xəbərləri Materials 24 Noyabr 2015 22:10 (UTC +04:00)
Hər bir ölkə kimi, Türkiyənin də öz ərazi bütövlüyünü, hava məkanını qorumaq hüququ var.
Barak Obamadan Türkiyəyə dəstək

Bakı. Trend:

Hər bir ölkə kimi, Türkiyənin də öz ərazi bütövlüyünü, hava məkanını qorumaq hüququ var.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Barak Obama Rusiyaya məxsus təyyarənin vurulmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti