...

Kosta-Rikada yanğın nəticəsində 45 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 26 Noyabr 2015 04:29 (UTC +04:00)
Kosta-Rikanın şimalında, Erediya şəhərində anbarda baş verən yanğın nəticəsində 45 nəfər xəsarət alıb.
Kosta-Rikada yanğın nəticəsində 45 nəfər xəsarət alıb

Bakı. Trend:

Kosta-Rikanın şimalında, Erediya şəhərində anbarlar yerləşən sahədə baş verən yanğın nəticəsində 45 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, yanğın iki böyük şirkətə məxsus olan anbarlarda baş verib.

Qeyd olunur ki, anbarlarda ağac məhsulları və həlledicilər olub. Məhz helə bu səbəbdən də, yanğın sürətlə yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti