...

Rusiya İranın dəmiryollarını elektrikləşdirəcək

Dünya xəbərləri Materials 28 Noyabr 2015 13:39 (UTC +04:00)
İranın dəmiryollarının elektrikləşdirilməsi layihəsi Rusiyanın 5 milyard dollarlıq maliyyə dəstəyi nəticəsində tezliklə həyata keçiriləcək.
Rusiya İranın dəmiryollarını elektrikləşdirəcək

Bakı. Təmkin Cəfərov - Trend:

İranın dəmiryollarının elektrikləşdirilməsi layihəsi Rusiyanın 5 milyard dollarlıq maliyyə dəstəyi nəticəsində tezliklə həyata keçiriləcək. Trend-in "Tasnimnews" saytına istinadən verdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Mehdi Sənayi deyib.

M.Sənayinin sözlərinə görə, İran və Rusiya rəsmiləri bu layihənin icrası üçün hazırda sıx müzakirələr aparırlar ki, bu layihə və digər iqtisadi və ticarət layihələri ilə bağlı müqavilələrin imzalanmasını tezləşdirsinlər.

Səfir bildirib ki, Rusiya tezliklə İrana iki kredit ayıracaq: "2 və 5 milyard dollar dəyərində olan bu kreditlər İranda istehsalat sahəsini və iqtisadi vəziyyəti yaxşılaşdırmaq məqsədilə ayrılır".

M.Sənayi deyib ki, Rusiya İranda "İncə Brun" dəmiryolunun elektrikləşdirilməsinə sərmayə yatıracaq və istilik elektrik stansiyası tikiləcək: "Rusiya, həmçinin İranın "Buşəhr" nüvə stansiyasının iki blokunu tikəcək. Bunun dəyəri isə 11 milyard dollardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti