...

Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib

Dünya xəbərləri Materials 29 Noyabr 2015 20:12 (UTC +04:00)
Noyabrın 24-də Suriyanın Bayırbucaq bölgəsindən Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin pilotunun cənazəsi Türkiyəyə gətirilib
Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib

Bakı. Trend:

Noyabrın 24-də Suriyanın Bayırbucaq bölgəsindən Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiyaya məxsus "Su-24" tipli döyüş təyyarəsinin pilotunun cənazəsi Türkiyəyə gətirilib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu barədə məlumat verən Baş nazir Əhməd Davudoğlu deyib ki, pilotun nəşinin dəfnə hazırlığı xristian din xadimlərinin iştirakı ilə mənsub olduğu dini ənənələrə uyğun olaraq həyata keçirilib.

Cənazə Rusiya dövlətinin tələbinə uyğun qaydada qarşı tərəfə təhvil veriləcək.

Xəbər lenti

Xəbər lenti