...

Xamneyinin Avropa gənclərinə müraciəti islamofobiyanın genişlənməsinin qarşısını almaq məqsədi daşıyır

Dünya xəbərləri Materials 30 Noyabr 2015 15:03 (UTC +04:00)
İranın ali lideri Ayətullah Əli Xamneyinin Avropa gənclərinə noyabrın 29-da ünvanladığı məktubu islamofobiyanın genişlənməsinin qarşısını almaq məqsədi daşıyır.
Xamneyinin Avropa gənclərinə müraciəti islamofobiyanın genişlənməsinin qarşısını almaq məqsədi daşıyır

Bakı. Təmkin Cəfərov - Trend:

İranın ali lideri Ayətullah Əli Xamneyinin Avropa gənclərinə noyabrın 29-da ünvanladığı məktubu islamofobiyanın genişlənməsinin qarşısını almaq məqsədi daşıyır. Bunu Trend-ə İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvi İsmail Kövsəri deyib.

İ.Kövsəri deyib ki, Fransada baş verən terror hadisəsindən sonra Qərb ölkələrində çalışdılar ki, bu terrorun islam düşüncəsinin məhsulu olduğunu gənclərin beyinlərinə yeritsinlər və islamofobiyanı daha da genişləndirsiblər: "Ayətullah Xamneyinin Amerika və xüsusi ilə Avropa gənclərinə ünvanladığı bu məktubunda Fransa və Avropa rəsmilərinin yalan danışdıqları və islamın sülhsevər bir din olduğu qeyd olunur."

İ.Kövsərinin sözlərinə görə, Xamneyi məktubunda islam dünyası və müsəlmanların özünün terrordan əziyət çəkdiyini və islamın heç zaman terroru dəstəkləmədiyini bildirib: "İslam heç bir zaman terroru dəstəkləməyib. Avropalı gənclər araşdırma aparmaqla həqiqətin nə olduğunun şahidi olacaqlar."

Qeyd edək ki, noyabrın 29-da Əli Xamneyi Fransada terror hadisələrinin baş verməsindən sonra Qərb gənclərinə məktub ünvanlayıb. Məktubunda Ayətullah Xamneyi Avropa gənclərinə bildirib ki, bu gün terrorizm bizim və sizin ortaq dərdimizdir. Ayətullah Xamneyi İŞİD terror qruplaşmasının müstəmləkəçilik və ekstremizmin cütləşməsindən yarandığını bildirib və avropalı gəncləri həqiqətləri öyrənmək üçün araşdırmalar aparmağa çağırıb.

Bundan öncə, Ayətullah Xamneyi cari ilin yanvar ayında Avropa və Şimali Amerika gənclərinə də çağırış etmişdi.

Xatırladaq ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə bir neçə terror hadisəsi baş verib. Paris prokurorluğunun məlumatlarına əsasən, baş vermiş terror aktları nəticəsində 128 nəfər ölüb, 250 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti