...

Putin Türkiyə ilə münasibətlərin pozulmasına təəssüflənir

Dünya xəbərləri Materials 1 Dekabr 2015 06:20 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Rusiya və Türkiyə arasında yüksək səviyydə olan münasibətlərin itirilməsindən təəssüfləndiyini etiraf edib
Putin Türkiyə ilə münasibətlərin pozulmasına təəssüflənir

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Türkiyə arasında yüksək səviyydə olan münasibətlərin itirilməsindən təəssüfləndiyini etiraf edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Parisdə iqlim sammiti zamanı keçirilən mətbuat konfransında bildirib.

"Mən düşünürəm ki, biz hamımız heyfislənirik və şəxsən mən olduqca təəssüflənirəm, çünki uzun zaman kəsiyində bu münasibətlərin qurulması üçün çox şey etmişəm", - deyə Rusiya lideri bildirib.

"Lakin artıq çoxdan ortaya çıxmış problemlər var, hansı ki, biz türkiyəli tərəfdaşlarımızla dialoq çərçivəsində həll etməyə çalışdıq", - deyə Putin qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti