...

Türkiyə parlamenti yeni hökumətə etimad göstərib

Dünya xəbərləri Materials 1 Dekabr 2015 02:14 (UTC +04:00)
Türkiyə parlamenti yeni hökumətə etimad göstərib
Türkiyə parlamenti yeni hökumətə etimad göstərib

Bakı. Trend:

Türkiyə parlamenti yeni hökumətə etimad göstərib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin bu qərarına 509 deputatdan 315 lehinə səs verib.

Beləliklə, baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçib.

Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən təkrar parlament seçkilərində seçici səslərinin 53,6 faizini yığıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin 20 faizini, Milliyyətçi Hərəkat Partiyası (MHP) - 11, Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 11,2 faizini toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti