...

Əhməd Davudoğlu: Rusiyanın ittihamları əsassızdır

Dünya xəbərləri Materials 1 Dekabr 2015 12:30 (UTC +04:00)
Rusiya Türkiyəni əsassız ittiham edir və bu, Ankara üçün qəbuledilməzdir.
Əhməd Davudoğlu: Rusiyanın ittihamları əsassızdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Rusiya Türkiyəni əsassız ittiham edir və bu, Ankara üçün qəbuledilməzdir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Rusiya Türkiyə ilə əlaqələri bərpa etmək istəyirsə, danışıqlar üçün diplomatik kanalları açmalıdır: "Rusiya Türkiyənin bütün mövcud vasitələrlə sərhədlərini qorumaq haqqının olduğunu bilməli idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti