...

Nigeriyanın cənubunda zavodda baş verən partlayış nəticəsində 100-dən çox adam ölüb

Dünya xəbərləri Materials 25 Dekabr 2015 02:26 (UTC +04:00)
Nigeriyanın cənubunda qaz emalı zavodunda baş verən partlayış nəticəsində 100-dən çox adam həyatını itirib.
Nigeriyanın cənubunda zavodda baş verən partlayış nəticəsində 100-dən çox adam ölüb

Bakı. Trend:

Nigeriyanın cənubunda qaz emalı zavodunda baş verən partlayış nəticəsində 100-dən çox adam həyatını itirib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, Nnevi şəhərində (Anambra ştatı) baş verən hadisədə ilk növbədə, qaz balonlarını dolduran müəssisənin müştəriləri həlak olub.

Qeyd olunur ki, partlayış o qədər güclü olub ki, nəticədə yaxınlıqdakı evlərin bəzi sakinləri və yoldan keçənlər də həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti