...

Əhməd Davudoğlu Rusiyanın Suriyada fəaliyyətini Əfqanıstandakı hərbi əməliyyatlarla müqayisə edib

Dünya xəbərləri Materials 9 Fevral 2016 14:51 (UTC +04:00)
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyanın Suriyada fəaliyyətini Əfqanıstandakı hərbi əməliyyatlara müqayisə edib.
Əhməd Davudoğlu Rusiyanın Suriyada fəaliyyətini Əfqanıstandakı hərbi əməliyyatlarla müqayisə edib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyanın Suriyada fəaliyyətini Əfqanıstandakı hərbi əməliyyatlarla müqayisə edib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, Baş nazir qeyd edib ki, Suriyada hərbi əməliyyat aparan qüvvələr gec və ya tez daha əvvəl Əfqanıstanı tərk etdiyi kimi oranı da tərk edəcəklər.

Onun sözlərinə görə, Rusiyanın müxalifətin mövqelərini bombalaması barədə Türkiyənin dəlilləri var: "Suriyada dinc əhalinin ölümünə görə Rusiya, İran və Livan "Hizbullah"ı məsuliyyət daşıyırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti