...

NATO Şərqi Avropada fəaliyyətini genişləndirir

Dünya xəbərləri Materials 9 Fevral 2016 19:03 (UTC +04:00)
NATO Şərqi Avropadakı hərbi təmsilçiliyini artırmaq istəyir.
NATO Şərqi Avropada fəaliyyətini genişləndirir

Bakı. Elçin Hüseynov - Trend:

NATO Şərqi Avropadakı hərbi təmsilçiliyini artırmaq istəyir. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bu gün mətbuat konfransında bəyan edib.

Alyans ölkələrinin müdafiə nazirlərinin fevralın 10-11-nə təyin olunmuş iclası ərəfəsində Y.Stoltenberq deyib ki, nazirlər NATO-nun Şərqi Avropadakı hərbi qüvvələrinin artırılmasını təsdiq edəcəklər.

Baş katib qeyd edib ki, bundan başqa, NATO Avropa İttifaqı ilə kibermüdafiə üzrə əməkdaşlığı da genişləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti