...

İraq qaçqınları Finlandiyadan qayıdırlar

Dünya xəbərləri Materials 12 Fevral 2016 17:33 (UTC +04:00)
Ötən il Finlandiyaya gələn minlərlə iraqlı 2016-cı ildə qaçqın statusu almaq haqqında ərizələrini könüllü şəkildə geri alaraq ölkələrinə qayıdır.
İraq qaçqınları Finlandiyadan qayıdırlar

Bakı. Elçin Hüseynov - Trend:

Ötən il Finlandiyaya gələn minlərlə iraqlı 2016-cı ildə qaçqın statusu almaq haqqında ərizələrini könüllü şəkildə geri alaraq ölkələrinə qayıdır. Bu barədə Trend Reuters-ə istinadən məlumat verir.

Bundan öncə sığınacaq istəyən 4 mindən çox İraq vətəndaşı artıq öz ərizələrini geri alıb. Finlandiya hökumətinin hesablamalarına görə bu rəqəm 5 minə çatacaq.

Ümumilikdə keçən il ərzində bu ölkəyə İraqdan 33 min nəfər gəlib ki, onların da əksəriyyəti kişidir. İndi məhz onlar Bağdada, öz evlərinə qayıtmaq istəyirlər.

Qeyd edək ki, Finlandiya bir müddət əvvəl qaçqınlara dair qanunvericiliyini sərtləşdirib. İndi ölkədə qalmaq istəyənlər bir müddət pulsuz işlərə cəlb olunurlar. Bundan başqa, bəzi miqrantlar onlar üçün yaradılan şəraitdən gileylənirlər. Bəziləri isə özlərini "dəvət olunmamış qonaq" kimi hiss edirlər. Həmçinin Finlandiya ictimaiyyətində son zamanlar miqrantlara münasibət pisləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti