...

XİN: Türkiyə Suriyada hərbi yerüstü əməliyyatlarda iştirak edə bilər

Dünya xəbərləri Materials 13 Fevral 2016 13:36 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Suriyada hərbi yerüstü əməliyyatlara başlayacağı təqdirdə, Türkiyə də bu əməliyyatlarda iştirak imkanını istisna etmir.
XİN: Türkiyə Suriyada hərbi yerüstü əməliyyatlarda iştirak edə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Səudiyyə Ərəbistanı Suriyada hərbi yerüstü əməliyyatlara başlayacağı təqdirdə, Türkiyə də bu əməliyyatlarda iştirak imkanını istisna etmir. Trend-in "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, artıq Səudiyyə Ərəbistanı Türkiyədə "İncirlik" aviabazasına öz təyyarələrini göndərir: "Bundan başqa, Türkiyəyə bu ölkənin hərbi qulluqçularının da göndəriləcəyi gözlənilir".

Qeyd edək ki, bundan əvvəl "Sabah" qəzeti hərbi mənbələrə istinadən Türkiyənin Suriyada hərbi əməliyyat keçirməyi planlaşdırmadığını yazmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti