...

Butros Butros-Qali vəfat edib

Dünya xəbərləri Materials 16 Fevral 2016 21:21 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) 6-cı baş katibi Butros Butros-Qali vəfat edib.
Butros Butros-Qali vəfat edib

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) 6-cı baş katibi Butros Butros-Qali vəfat edib.

Trend "Reuters" agentliyinə istinadən məlumat verir ki, sabiq baş katib bu gün 94 yaşında Qahirədə vəfat edib.

Misirin "əl-Əhram" qəzeti B.Butros-Qalinin Qahirədə xəstəxanada dünyasını dəyişdiyini yazır.

Xatırladaq ki, B.Butros-Qali 1992-ci il yanvarın 1-də BMT-nin baş katibi seçilmişdi. Buna qədər isə o, Misir baş nazirinin müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti