...

Obama: ABŞ şirkətləri belə smartfonlar istehsal etməməlidir

Dünya xəbərləri Materials 12 Mart 2016 13:19 (UTC +04:00)
ABŞ şirkətləri elə mobil telefonlar istehsal etməməlidirlər ki, dövlət qurumları ciddi ehtiyac duyulan vaxt həmin qurğulardan məlumatları əldə etməkdə çətinlik çəksinlər.
Obama: ABŞ şirkətləri belə smartfonlar istehsal etməməlidir

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ şirkətləri elə mobil telefonlar istehsal etməməlidirlər ki, dövlət qurumları ciddi ehtiyac duyulan vaxt həmin qurğulardan məlumatları əldə etməkdə çətinlik çəksinlər. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Ştatların Prezidenti Barak Obama Texas ştatında çıxışında bəyan edib.

Dövlət başçısı terrorçunun "iPhone" smartfonuna daxil olaraq məlumatların əldə edilməsinə dair ABŞ Ədliyyə Nazirliyi və "Apple" şirkəri arasındakı yaranmış mübahisəni şərh etmək niyyətində olmadığını deyib. Eyni zamanda o bildirib ki, əgər parolların sındırılması mümkün olmayan qurğular yaradılırsa, güc strukrutlarının uşaq pornoqrafiyasının yayılması və terrorçuların sui-qəsd planları ilə mübarizəsi çox çətinləşəcək.

Xatırladaq ki, keçən həftə Nyu York məhkəməsi ABŞ Ədliyyə Nazirliyinin San-Bernardino şəhərinə hücumda iştirak edən terrorçunun smartfonunun xüsusi iOS versiyasının yaradılması yolu ilə blokdan çıxarılması barədə "Apple" şirkətinə qarşı tələbini rədd edib. Məhkəmə "Apple" şirkətinin iradəsinin əksinə olaraq hökumətlə əməkdaşlığa məcbur edilməsi üçün yetərli əsas olmadığı qənaətinə gəlib. Ədliyyə Nazirliyi qərardan narazı qalıb və yuxarı instansiyaya apelyasiya şikayəti verməyi planlaşdırır. ABŞ hökuməti həmin smartfonda təhqiqat üçün vacib informasiyanın ola biləcəyi səbəbindən ona giriş əldə etmək istəyir.

Federal Təhqiqatlar Bürosu 10 dəfə yanlış parol daxil etdikdən sonra qurğudakı bütün məlumatları silən "iPhone" smartfonunun mühafizə sistemini "sındıra" bilməyib. Odur ki, xüsusi xidmət orqanları "Apple" şirkətindən məlumatların əldə olunması üçün xüsusi əməliyyat sistemi hazırlamağı tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti