...

Ankarada terror aktı: Bəlaya qarşı qlobal mübarizə barədə düşünməyin vaxtı çatıb

Dünya xəbərləri Materials 14 Mart 2016 16:36 (UTC +04:00)
Son illər görünməmiş terror aktları ilə üzləşən müasir dünya insan faciələrinə və insan ölümləri barədə xəbərlərə öyrəşməyə başlayıb.
Ankarada terror aktı: Bəlaya qarşı qlobal mübarizə barədə düşünməyin vaxtı çatıb

Elmira Tariverdiyeva - Trend-in Rus xəbərlər xidmətinin rəhbəri

Son illər görünməmiş terror aktları ilə üzləşən müasir dünya insan faciələrinə və insan ölümləri barədə xəbərlərə öyrəşməyə başlayıb. Məhz belə öyrəşmə dünya üçün məhvedici ola bilər, çünki müqavimət göstərməmə terrorçuların nail olmağa çalışdıqları şeydir.

Ötən bazar günü növbəti dəfə Ankarada terror aktı törədildi. Nəticədə 37 nəfər öldü, 125 nəfər isə yaralandı. Təkcə son yarım ildə Türkiyə, Fransa, Misir, Bəhreyn, Somali və Kot-d'İvuarda terror aktları törədilib.

Təəssüf ki, dünyanın heç bir ölkəsi terrorçuluq problemini təkbaşına həll etmək iqtidarında deyil. Ötən cümə günü Bakıda IV Qlobal Forum işini başa çatdırdı. Forumun əsas mövzularından biri terrorçuluqla mübarizə oldu.

Bakı Forumunda iştirak etmiş ən nüfuzlu siyasətçilər və ekspertlər yekdil fikrə gəldilər ki, müasir çağırışlar qlobal cavab tələb edir. Bakıda keçirilmiş Qlobal Forum kimi tədbirlər daimi əsasda olmalıdır.

Dünyanın heç bir ölkəsi terrorçuların hücumundan sığortalanmayıb. Cinayətkarların məntiqi və ya şərəfi yoxdur, onların bir məqsədi var - qorxutmaq və xaos yaratmaq.

Bu ümumi bəlaya qarşı mübarizədə yalnız bir kəsərli yol var - birgə mübarizə, mütəmadi ciddi müzakirələr və bu bəlaya qarşı ümumi mübarizə tədbirlərinin görülməsi. Burada təkcə bütün ölkələrin kəşfiyyatları deyil, həm də liderlərin özləri birgə işləməlidirlər.

Liderlər başa düşməlidirlər ki, terrorun artan təhlükəsi müasirliyin digər çağırışlarından daha təhlükəlidir.

Dünya XXI əsrin qorxunc bəlasına - dünyanın istənilən yerində istənilən şəxsin həyatına son qoya biləcək terror təhdidinə - yalnız bu cür qalib gələ bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti