...

Brüssel partlayışlarında şübhəli bilinən 3 nəfərin fotosu yayılıb (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 22 Mart 2016 23:14 (UTC +04:00)
Belçika polisi Brüsseldə aeroportda baş verən partlayışı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb.
Brüssel partlayışlarında şübhəli bilinən 3 nəfərin fotosu yayılıb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:25-də yayılıb)

Bakı. Trend:

Belçika polisi Brüsseldə aeroportda baş verən partlayışı törətməkdə şübhəli bilinən şəxslərin fotosunu yayıb.

Trend-in İnterfaksa istinadən verdiyi xəbərə əsasən, söhbət şəkildə əks olunan kişilərdən gedir. Ağ köynəkli, eynəkli və başında papaq olan kişi qara geyimli, hərəsinin bir əlində qara əlcək olan iki şəxsdən bir az aralı gedir.

Kişilərin şəxsiyyəti hələlik məlum deyil. Ehtimala görə, əlcəklər partlayıcı qurğunun işə gətirilməsi mexanizmini gizlədə bilər.

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti