...

İŞİD Brüsseldəki terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

Dünya xəbərləri Materials 23 Mart 2016 00:09 (UTC +04:00)
"İslam dövləti" terror təşkilatı martın 22-i Belçikanın paytaxtı Brüsseldə baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.
İŞİD Brüsseldəki terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

Bakı. Trend:

"İslam dövləti" terror təşkilatı martın 22-i Belçikanın paytaxtı Brüsseldə baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in İnterfaksa istinadən verdiyi məlumata əsasən, bunu təşkilat sosial şəbəkələrdə fransız və ərəb dillərində açıqlanan rəsmi bəyanatında bildirir.

Daha öncə Belçika polisi Skarbek komunnasında axtarışlar zamanı partlayıcı, kimyəvi maddələr və İŞİD-in bayrağını aşkar edib.

Xatırladaq ki, martın 22-i Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti