...

Brüsseldəki terror aktlarında 31 nəfər ölüb, 250 nəfər yaralanıb

Dünya xəbərləri Materials 23 Mart 2016 10:36 (UTC +04:00)
Ötən gün Brüssel aeroportu və metrosunda baş vermiş silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, daha 250 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Brüsseldəki terror aktlarında 31 nəfər ölüb, 250 nəfər yaralanıb

Bakı. Trend:

Ötən gün Brüssel aeroportu və metrosunda baş vermiş silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, 250 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Trend-in xəbərinə görə, bu barədə RİA Novosti-yə böhran mərkəzi məlumat verib.

Xatırladaq ki, dünən Brüssel aerportunda iki partlayış olub. Üçüncü partlayış isə Malbek metro stansiyasında baş verib.

Partlayışları İŞİD terror təşkilatı törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti