...

Brüsseldə partlayışları törətməkdə şübhəli bilinənlərin adları açıqlandı

Dünya xəbərləri Materials 23 Mart 2016 12:09 (UTC +04:00)
Brüssel aeroportunda özünü partladaraq terror aktı törədənlər İbrahim və Kalim əl-Bakraui qardaşlarıdır.
Brüsseldə partlayışları törətməkdə şübhəli bilinənlərin adları açıqlandı

Bakı. Trend:

Brüssel aeroportunda özünü partladaraq terror aktı törədənlər İbrahim və Kalim əl-Bakraui qardaşlarıdır. Bu barədə Trend- RİA Novosti-yə istinadən məlumat verir.

Qeyd edək ki, ötən gün Brüssel aeroportu və metrosunda baş vermiş silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, 250 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Xatırladaq ki, dünən Brüssel aerportunda iki partlayış olub. Üçüncü partlayış isə Malbek metro stansiyasında baş verib.

Partlayışları İŞİD terror təşkilatı törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti