...

Brüssel hava limanının bərpasına aylar gedəcək

Dünya xəbərləri Materials 29 Mart 2016 12:37 (UTC +04:00)
Terror aktlarından sonra Brüssel beynəlxalq hava limanının tam bərpasına aylarla vaxt lazım olacaq.
Brüssel hava limanının bərpasına aylar gedəcək

Bakı. Elçin Hüseynov - Trend:

Terror aktlarından sonra Brüssel beynəlxalq hava limanının tam bərpasına aylarla vaxt lazım olacaq. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə limanın direktoru Arno Feyst bildirib.

A.Feyst deyib ki, yaxın vaxtlarda hava limanı sərnişin hərəkətinin yalnız 20 %-ın bərpasını təmin edəcək: "Möcüzə gözləməyək. Uçuş zalında quraşdırılmış müvəqqəti infrastruktur normal sərnişin hərəkətinin ən cox 20 %-nı təmin edə bilər".

Qeyd edək ki, martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.

Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti