...

Türkiyədə partlayış: 7 ölü, 27 yaralı (ƏLAVƏ OLUNUB-2) (VİDEO)

Dünya xəbərləri Materials 31 Mart 2016 20:56 (UTC +04:00)
Türkiyənin Diyarbəkir şəhərində avtovağzalın yaxınlığında polis maşını hərəkət edərkən partlayış baş verib.
Türkiyədə partlayış: 7 ölü, 27 yaralı (ƏLAVƏ OLUNUB-2) (VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:37-də yayılıb)

Bakı. Trend:

Türkiyənin Diyarbəkir şəhərində avtovağzalın yaxınlığında polis maşını hərəkət edərkən partlayış baş verib.

Trend-in "Habertürk" telekanalına istinadən məlumat verir ki, hadisə nəticəsində 7 polis ölüb, 27 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Bundan əvvəl 6 polisin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilirdi.

Şahidlər hadisənin avtomobildə olan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini bildirirlər.

"CNN Turk" telekanalının məlumatına əsasən, partlayışdan sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Həmçinin qeyd olunur ki, bu gün Diyarbəkir vilayətində Türkiyənin üç naziri - inkişaf naziri Cevdet Yılmaz, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı, mədəniyyət və turizm nazir Mahir Ünal olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti