...

Brüssel aeroportundakı kamikadze Avropa Parlamentində işləyib

Dünya xəbərləri Materials 7 Aprel 2016 08:06 (UTC +04:00)
Brüsseldə partlayış törədən intiharçı-terrorçulardan biri daha öncə Avropa Parlamentində süpürgəçi işləyib.
Brüssel aeroportundakı kamikadze Avropa Parlamentində işləyib

Bakı. Trend:

Brüsseldə partlayış törədən intiharçı-terrorçulardan biri daha öncə Avropa Parlamentində süpürgəçi işləyib. Trend-in RİA Novosti-yə isinadən verdiyi məlumata görə, bunu AP rəsmisi Jaume Dux deyib.

"Brüsseldəki terrorçulardan biri 2009 və 2010-cu illərdə bir ay ərzində həmən vaxt Avropa Parlamenti ilə müqaviləsi olan təmizlik şirkətində işləyib", deyə Dux bildirib.

Parlament rəsmisi dəqiq ad çəkməyib, amma Aİ-da mənbə bildirib ki, söhbət 25 yaşlı Nəcim Laaşrauidən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti