...

Britaniyanın Aİ-ni tərk etməsi ölkəyə 130 milyard dollar ziyan vuracaq

Dünya xəbərləri Materials 15 Aprel 2016 16:18 (UTC +04:00)
Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi bu ölkənin xidmət sahəsinə 130 milyard dollar (92 milyard funt) ziyan verə bilər.
Britaniyanın Aİ-ni tərk etməsi ölkəyə 130 milyard dollar ziyan vuracaq

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi bu ölkənin xidmət sahəsinə 130 milyard dollar (92 milyard funt) ziyan verə bilər. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Frontier Economics" konsaltinq şirkətinin araşdırmasında deyilir.

Aİ-dən çıxış Böyük Britaniya şirkətlərinin daha geniş Avropa bazarlarına çıxışını əngəlləyəcək. Bu isə öz növbəsində, gəlirlərin və iş yerlərinin azalmasına gətirəcək. Eyni zamanda daxili bazardakı rəqabət azalacaq və nəticə olaraq istehsal edilən məhsulların keyfiyyəti aşağı düşəcək.

Qeyd edək ki, iyunun 23-də Böyük Britaniyada ölkənin bundan sonra Avropa İttifaqı tərkibində qalmasına dair referendum təyin olunub.

ICM sosioloji xidmətinin Britaniyada keçirdiyi sorğuya əsasən, ölkə vətəndaşlarının 45 faizi Aİ siralarını tərk etməyin lehinə, 43 faizi isə əleyhinə çıxış edir. ICM hesab edir ki, krallıqda Aİ-ni tərk etmək istəyənlərin sayı artmaqdadır.

Yerli şərhçilərin fikrincə, bu proses Avropada qeyri-qanuni miqrantların çoxalması və onların iştirakı ilə müntəzəm şəkildə baş verən insidentlərlə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti