...

Ekvadorda zəlzələdə ölənlərin sayı 413-ə çatdı (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 Aprel 2016 03:52 (UTC +04:00)
Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 413-ə çatıb.
Ekvadorda zəlzələdə ölənlərin sayı 413-ə çatdı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 02:40-da yayılıb)

Bakı. Trend:

Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 413-ə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Daha öncə 366 nəfərin öldüyü bildirilirdi.

Qeyd olunur ki, 2600-ə yaxın adam xəsarət alıb, 230 nəfər itkin düşüb, 1500 tikili dağılıb.

Aprelin 16-ı axşam saatlarında Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti