...

Türkiyəyə "Şengen" ölkələri üzrə vizasız rejim gələn ay təklif edilə bilər

Dünya xəbərləri Materials 20 Aprel 2016 16:44 (UTC +04:00)
Türkiyə yaxın vaxtlarda bütün lazımi şərtləri yerinə yetirsə, Avropa Komissiyası (AK) mayın 4-də bü ölkəyə vizasız rejimi təklif edə bilər.
Türkiyəyə "Şengen" ölkələri üzrə vizasız rejim gələn ay təklif edilə bilər

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə yaxın vaxtlarda bütün lazımi şərtləri yerinə yetirsə, Avropa Komissiyası (AK) mayın 4-də bü ölkəyə vizasız rejimi təklif edə bilər. Trend-in məlumatına əsasən, bu barədə Komissiyanın bu gün Brüsseldə yayılmış bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, AK mayın 4-də Türkiyə ilə viza rejiminin liberallaşdırılması ilə bağlı üçüncü hesabatını təqdim edəcək: "Ankara yerinə yetirilməmiş şərtlər üzrə lazımi addımları atsa, Türkiyəni qanunvericilik yolu ilə vizasız ölkələr siyahısına daxil etmək barədə təklif hesabatı müşayiət edəcək".

Daha əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ölkə vətəndaşları 1 iyul tarixindən gec olmayaraq "Şengen" zonasına vizasız gedib-gəlişlə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti