...

Ekvadorda zəlzələdə ölənlərin sayı 600-ü keçdi

Dünya xəbərləri Materials 23 Aprel 2016 01:19 (UTC +04:00)
Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 602-yə çatıb.
Ekvadorda zəlzələdə ölənlərin sayı 600-ü keçdi

Bakı. Trend:

Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 602-yə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Daha öncə 587 nəfərin öldüyü bildirilirdi.

Qeyd olunur ki, hadisə nəticəsində təxminən 12 500 nəfər xəsarət alıb, 7000-ə yaxın ev dağılıb, 26 mindən çox adam müvəqqəti tikililərdə yaşayır.

Aprelin 16-ı axşam saatlarında Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti